Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.Bu barədə yerli KİV məlumat yayıb.
Loginov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.
Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib.