Bakı.Trend:
11-12 iyun 2025-ci il tarixlərində Qazaxıstanınpaytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin evsahibliyində TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasınınrolu” mövzusunda 14-cü plenar iclası keçiriləcək.
Trend xəbər verir ki, 14-cü plenar iclasda üzv vəmüşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, ocümlədən, beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarınınvə digər tərəfdaş qurumların nümayəndələrinin iştirakıgözlənilir.
14-cü plenar iclas çərçivəsində, həmçinin, AssambleyaŞurasının iclası, Qadın Parlamentarilər Qrupunun və GəncParlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin başkatiblərinin iclası keçiriləcək.