AZ

Gecə klubunda ŞOK CİNAYƏT: Turistə narkotik verib təcavüz etdi

Kipr vətəndaşı turistə təcavüz etməkdə şübhəli bilinərək həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə “Phileleftheros” nəşri məlumat yayıb.

Zərərçəkmişin sözlərinə görə, Limassolda gecə klubunda dincələn zaman bir kişi tanış olmaq üçün ona yaxınlaşıb. Klubun tualetində ona narkotik verib, sonra isə təcavüz edib.

Şübhəli iyunun 4-də evinə baxış zamanı 17 qram kokainlə saxlanılıb. Məhkəmə istintaq üçün onun 7 gün həbsinə qərar verib.

Seçilən
133
50
publika.az

10Mənbələr