AZ

"İnter" yeni baş məşqçisini açıqladı

BAKI. 9 iyun. TELEQRAF

Kristian Kivu İtaliyanın "İnter" futbol komandasına baş məşqçi təyin olunub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

O, yeni vəzifədə Simone İnzagini əvəzləyib.

Kivu futbolçu kimi 2007 - 2014-cü illərdə "İnter"in formasını geyinib və daha sonra karyerasını bitirib. O, klubun gənclər komandalarında məşqçi kimi çalışdıqdan sonra 2025-ci ilin fevralından iyununadək "Parma"nın baş məşqçisi olub.

Qeyd edək ki, "İnter" 2024/2025 mövsümündə Çempionlar Liqasında finala yüksəlib. Daha sonra komandadan ayrılan Simone İnzagi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın sükanı arxasına keçib.

Seçilən
147
11
teleqraf.com

10Mənbələr