Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyuları və nasos stansiyalarında istifadə edilən avadanlıqlar üçün ehtiyat hissələri alacaq.
32gun.az-ın məlumatına görə, satınalma çərçivəsində əsasən D2000-21 və D1250-63 markalı nasoslara aid bir sıra detalların tədarükü nəzərdə tutulur. Siyahıya aşağıdakılar daxildir:
– İki tərəfli su nasoslarının kipləşdirici həlqələri
– Sağ və sol qaykalar
– Qoruyucu və nizamlayıcı oymaqlar
– Val, işçi çarx, diyircəkli yastıqlar
– Salnik sıxanları, halqalar (stakan)
– Val yığımı (rotor dəsti)
– Yağlı kəndir (AP-31, 12 mm və 14 mm, ümumilikdə 200 kq)
– Sürgülü siyirtmə (PN25, DN200)
Məlumata görə, alınacaq hissələrin ümumi dəyəri 81 min 513 manat təşkil edir.
Qeyd edək ki, bu ehtiyat hissələri nasosların fasiləsiz və dayanıqlı fəaliyyəti üçün nəzərdə tutulub.