AZ

Rusiya xarici ticarətdən ən az asılı olan 6-cı iqtisadiyyatdır

Yazını böyüt
Yazını kiçilt

Rusiya 2024-cü ildə dünyanın əsas iqtisadiyyatları arasında xarici ticarətdən ən az asılı olan ölkələrdən biri olub.

Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, Rusiya ixracının ÜDM-dəki payı cəmi 21,9 faiz olaraq qeydə alınıb. "Dünyanın əsas iqtisadiyyatlarında bu göstərici orta hesabla 40,7 faiz təşkil edir. Beləliklə, Rusiya Hindistan (21 faiz) və Çin (21,1 faiz) kimi nəhəng iqtisadiyyatlarla birlikdə xarici ticarətdən aşağı asılılığı olan ilk altı ölkə sırasındadır", - deyə məlumatda bildirilir.

İxracdan ən az asılı olan ölkə ABŞ olub. Ölkənin mal və xidmətlərin ixracı ÜDM-in cəmi 10,9 faizini təşkil edib.

ABŞ-ı Argentina (15,3 faiz) və Braziliya (17,9 faiz) izləyir. Xarici ticarətdən Rusiya ilə yanaşı eyni dərəcədə az asılı olan digər ölkələrə İndoneziya (22,2 faiz), Avstraliya (23,7 faiz) və Yaponiya (22,8 faiz) daxildir. Bu ölkələr daxili bazarlara əsaslanan iqtisadiyyatları ilə seçilir və qlobal şoklara qarşı daha dayanıqlı bir quruluşa sahib ola bilirlər. Digər tərəfdən, xarici ticarətdən çox asılı olan ölkələr arasında Almaniya (41,8 faiz), Cənubi Koreya (44,6 faiz) və Polşa (52,7 faiz) seçilir. Bu nisbət Hollandiyada 84,2 faiz, İsveçrədə 72,2 faiz, siyahının başında olan İrlandiyada isə ixracın ÜDM-ə nisbəti 147,6 faiz ilə rekord həddə çatıb. Bu vəziyyət çoxmillətli şirkətlərin fəaliyyət göstərdiyi kiçik, lakin qlobal miqyasda inteqrasiya olunmuş iqtisadiyyatlarda xüsusilə yaygındır.

Seçilən
209
43
hafta.az

10Mənbələr