AZ

“Turan Tovuz” 9 futbolçu ilə yollarını ayırdı – RƏSMİ

“Turan Tovuz” 9 futbolçu ilə yolları ayırdığını elan edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” PFK  ilə müqavilə müddətləri başa çatan futbolçular – İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb. 

Klub futbolçuların hər birinə  göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Seçilən
44
19
idmanxeber.az

10Mənbələr