AZ

Zelenski: Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar zamanı yalnız humanitar məsələləri müzakirə edə bilər

"Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar zamanı yalnız humanitar məsələləri müzakirə edə bilər".

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Zelenski qeyd edib: "Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyəti Ukrayna memorandumu əsasında humanitar məsələləri müzakirə etmək səlahiyyətinə malikdir; Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müzakirə etmək mandatı yoxdur. Bizim memorandum danışıqlar üçün əsasdır. Nümayəndə heyətimiz humanitar məsələləri - hərbi əsirlərin və oğurlanmış uşaqların taleyini və ya atəşkəsi müzakirə etmək mandatına malikdir. Bununla belə, onun Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müzakirə etmək mandatı yoxdur. Bu, bizim konstitusiya məsələmizdir".

 

 

Seçilən
77
7
operativmedia.az

8Mənbələr