AZ

Azərbaycan futbolunda ilk: "Neftçi"nin yetirməsi CAR klubuna keçir - EKSKLÜZİV

BAKI, 10 iyun. TELEQRAF

“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov Cənubi Afrika Respublikasının (CAR) “Stellenbos” klubuna keçir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 26 yaşlı müdafiəçinin Afrika təmsilçisi ilə müqavilə müddəti 3+2 illikdir. Tərəflər arasında yekun razılıq əldə olunub, tezliklə rəsmi müqavilə imzalanacaq.

“Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub.

Manafova Rumınıyadan da təklif gəlib, lakin şərtləri o qədər də ürəkkaçan olmayıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi 202/2025 mövsümünü “Kəpəz”də keçirib.

Seçilən
59
4
teleqraf.com

5Mənbələr