AZ

Xaçmaz İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib (FOTO)

Bakı.Trend:

Xaçmazın Gülalan kəndində növbəti səyyar qəbul keçirilib.

Trend xəbərverir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərininiştirakı ilə Gülalan kəndində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxilolan Gülalan, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Lamanvə Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirkaçıları əvvəlcə şəhid Fizuli Yarməmmədovun büstü önünəgül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yadediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərinhəlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri vədigər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Məqalədə:
Seçilən
34
1
az.trend.az

2Mənbələr