AZ

Neftçi heyətini Qarabağ ın futbolçusu ilə gücləndirmək istəyir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"ın yeni müqavilə bağlamadığı Patrik Andrade Azərbaycanda qala bilər.

Oxu.Az " Sportinfo"ya istinadən xəbər verir ki, "Neftçi" yarımmüdafiəçi ilə təmasa keçib.

Bakılılar Kabo-Verde yığmasının üzvünə iki illik müqavilə təklif edib.

32 yaşlı afrikalı 2020-ci ildən "Qarabağ"da oynayırdı. 2022-ci ildə "Partizan"a getmiş, amma bir mövsüm bitən kimi geri qayıtmışdı.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Əvvəllər müxtəlif Portuqaliya klublarında oynamış Patrik ölkəmizə Bolqarıstan "Çerno More"sindən gəlib.

Qeyd edək ki, "Neftçi" ilə yanaşı, "Sabah" və "Zirə" də Patrikə maraq göstərir. Ona ən yaxşı şərtləri təklif edən isə "ağ-qaralar"dır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
5
oxu.az

10Mənbələr