AZ

Paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxıldı

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb. 

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindənn yıxılıb. 

Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı

Seçilən
45
17
qafqazinfo.az

10Mənbələr