AZ

6500 hərbçi, 150 texnika, 50 təyyarə… ABŞ da hazırlıq görülür

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Ordusunun 250 illik yubiley tədbiri uzun müddətdir planlaşdırılsa da, bu il Prezident Donald Trampın 79-cu doğum gününə təsadüf edir. Rəsmi açıqlamalarda bildirilir ki, ordu Trampın doğum gününü ayrıca qeyd etməyəcək, lakin prezident tədbirlərdə əsas rol oynayacaq.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, iyunun 14-də Vaşinqtonda keçiriləcək tədbir səhər saatlarında “Arlington” Milli Qəbiristanlığında çələng qoyma mərasimi ilə başlayacaq. Daha sonra “National Mall”da fiziki hazırlıq müsabiqəsi və orduya həsr olunmuş festival təşkil olunacaq. Festivalda hərbi texnika sərgiləri və nümayişlər yer alacaq.

Günün əsas hissəsi isə şəhər boyunca keçiriləcək parad, prezidentin iştirakı ilə hərbi xidmətə yeni və yenidən qəbul mərasimi və atəşfəşanlıq olacaq. Paraddan sonra ABŞ Ordusunun “Golden Knights” paraşüt komandası Trampa bayraq təqdim edəcək.

Tədbirdə 6500 hərbçi, 150 hərbi texnika və 50 təyyarə iştirak edəcək. Texnika qatar və yük maşınları ilə, helikopterlər isə hava yolu ilə gətirilir. Paradda 25-dən çox “M1 Abrams” tankı, 28 “Stryker” zirehli maşını, 4 “Paladin” özüyeriyən artilleriya və M777, M119 haubitsaları da olacaq.

Təyyarə nümayişində “Apache”, “Black Hawk”, “Chinook” helikopterləri ilə yanaşı İkinci Dünya müharibəsi dövrünə aid B-25 bombardmançısı və P-51 “Mustang” qırıcısı da iştirak edəcək.

Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin müxtəlif nöqtələrinə hasarlar, beton maneələr və gizli hava nəzarət dronları yerləşdirilib. ABŞ Gizli Xidməti çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşlarını səfərbər edib. Həmçinin, Vaşinqtondakı “Reagan” Milli Aeroportunun hava hərəkəti tədbir zamanı məhdudlaşdırılacaq.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Həmçinin oxuyun:

ABŞ-da hərbi parad keçiriləcək

ABŞ rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, tədbirin ümumi xərci 25-45 milyon dollar arasında olacaq. Bu, paradın özü, hərbi texnikanın daşınması və hərbçilərin yerləşdirilməsi, qidalanmasını əhatə edir. Şəhərin təmizlik və digər xərcləri parada daxil deyil. Ordunun ağır tankların keçəcəyi küçələrdə yaranacaq fəsadların qarşılanması üçün milyonlarla dollar ehtiyatda saxlanılır.

Demokrat qanunvericilər isə bu tədbiri Trampın ordunun yubileyini öz şəxsi şöhrəti üçün istifadə etməsi kimi qiymətləndirir. Senatın Müdafiə Komitəsinin ən yüksək rütbəli demokrat üzvü Cek Rid bildirib:

“Bu, Trampdır. Hər şeyi öz ətrafında döndərmək və ordunu öz mənafelərinə alət etmək onun eqosunun təzahürüdür. Bu isə orduya ləkədir”.

Rəsmi mənbələr qeyd edir ki, tədbirin planlaşdırılması ötən il, Tramp prezident seçilməmişdən əvvəl başlayıb. Qeyd edək ki, ABŞ Ordusu 1775-ci il 14 iyunda yaradılıb və 250 illik yubiley ilk dəfə belə genişmiqyaslı qeyd olunur.

Tramp isə əvvəldən hərbi paradların keçirilməsini arzu etdiyini gizlətməyib. Prezidentlik dövründə, 2017-ci ildə Fransaya səfəri zamanı “Şan-zelize”dəki hərbi paradı görüb öz ölkəsində oxşar tədbir keçirməyi istədiyini açıqlamışdı. Nəticədə 2019-cu il 4 iyulda Vaşinqtonda hərbi texnikanın nümayişi keçirilmişdi.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
50
globalinfo.az

10Mənbələr