Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma komanda Bakıda Macarıstan millisi ilə üz-üzə gələcək.
Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.
Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.
20:00 Azərbaycan – Macarıstan 0:0
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)
Liv Bona Dea Arena.