Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub.
Yenisabah.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, o, 2023-cü ilin noyabrından 2024-cü ilin avqustuna kimi "sarı-göylər"i çalışdırıb.
A.Şükürov komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci il mövsümündə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb və Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Telegram kanalımız