Bakı. Trend:
“OpenAI” şirkətinin illik daimi gəlirinin həcmi ilk dəfə olaraq10 milyard dolları keçib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu nəticə 2022-ci ilin noyabrında“ChatGPT”nin istifadəyə verilməsindən cəmi üç ilə yaxın müddətdəəldə olunub və süni intellekt əsaslı məhsullara tələbatın sürətləartdığını təsdiqləyir.
Məlumata görə, gəlirə “ChatGPT”nin istehlakçılar üçün olanversiyası, korporativ “ChatGPT” və API-dən əldə olunan vəsaitdaxildir. Buraya “Microsoft” şirkətindən alınan lisenziya haqlarıvə digər qeyri-daimi razılaşmalar daxil deyil. Ötən il eynigöstərici 5,5 milyard dollar təşkil etmişdi ki, bu da təxminənikiqat artımı göstərir.
Cari ilin mart ayında “OpenAI” özəl texnologiya sahəsi üçünrekord hesab edilən 40 milyard dollarlıq maliyyələşdirməmərhələsini başa çatdırıb. Hazırkı gəlir səviyyəsinə əsasən,şirkətin dəyəri illik gəlirin təxminən 30 misli qədərqiymətləndirilir ki, bu da biznesin böyük miqyasda genişlənməsi iləbağlı gözləntiləri əks etdirir.