AZ

Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alan var

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan  "VAZ 2107" ilə "VAZ 21015" markalı minik  avtomobilləri toqquşub. Qəza zamanı 1997-ci il təvəllüdlü O.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
68
13
unikal.az

10Mənbələr