AZ

Maskın iddiası ilə Trampın səsləri yenidən sayıla bilər...


Xaqani Cəfərli: "...Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqlarını proqnozlaşdırmaq çətin deyil"

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın onunla bağlı son açıqlamasına sərt münasibət bildirib.

Mask “X” sosial şəbəkə hesabında Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı, seçkilərdə qalib gələ bilməzdi: “Mən olmasaydım Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edə bilərdi”, - deyə Mask bildirib.

Bu fikir Trampın seçkilərinin yenidən araşdırılmasına əsas verə bilər? Maskın sözlərini müəyyən müdaxilələrə eyham kimi başa düşmək olarmı?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, ABŞ-ın və dünyanın ən zəngin adamı olan İlon Maskın “Mən olmasaydım Tramp seçkini uda bilməzdi” fikri gerçəkləri ifadə edir: "İlon Maskın çox böyük maliyyə və informasiya dəstəyi prezident seçkilərində Trampın qalib gəlməsində önəmli rol oynamışdı. Lakin bu, seçkilərin nəticələrinin yenidən araşdırılmasına səbəb ola bilməz. Ən azı indiki vəziyyətdə, Konqresin hər iki palatasında Respublikaçılar Partiyasının üstünlüyü olduğu bir zamanda bu mümkün deyil. Belə bir araşdırma Respublikaçılar Partiyasının gələn ilin noyabrında keçiriləcək aralıq seçkilərində məğlubiyyətini qaçılmaz edər. Ona görə də, ən azından belə bir araşdırma indi mümkün deyil. Ancaq gələn ilin noyabrında keçiriləcək aralıq seçkidə demokratlar qalib gəlsə, Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqlarını proqnozlaşdırmaq çətin deyil. O zaman son prezident seçkiləri ilə bağlı məsələ də gündəmə gələ bilər".

Politoloq əlavə etdi ki, İlon Maskın “Mən olmasaydım Tramp seçkini uda bilməzdi” fikrini seçkiyə birbaşa müdaxilə kimi anlamaq olmaz: "Çünki ABŞ-da heç kimin, hətta ən varlı şəxsin də belə bir imkanı yoxdur. Söhbət daha çox seçki prosesi zamanı seçiciyə qanuni təsirdən gedir. Bu zaman müəyyən məqamlar qanunsuz, seçkiyə müdaxilə kimi də görünə bilər. Ancaq ABŞ qanunvericiliyi çox yayğındır və belə imkanlar yaradır".

Akif NƏSİRLİ

Seçilən
26
18
baki-xeber.com

10Mənbələr