Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
Dünyanın ən qədim və ən böyük ultramarafonu olan əfsanəvi “Comrades” marafonu uğurla “Azerspace-1” peyki vasitəsilə yayımlandı və bu möhtəşəm tədbir dünya üzrə izləyicilərə təqdim olundu.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, təxminən 88 kilometr (55 mil) məsafəni əhatə edən bu yarış hər il Cənubi Afrikada Durban və Pietermaritzburq şəhərləri arasında keçirilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
“Azerspace-1” peykinin etibarlı və geniş əhatə dairəsi sayəsində dünyanın istənilən yerindən azarkeşlər bu məşhur marafonu real vaxtda izləyə bildilər.
“Azerspace-1” geniş əraziləri əhatə edən fasiləsiz yayım imkanları ilə əsas idman tədbirlərinin yayımında mühüm rol oynamaqda davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.