BAKI, 11 iyun. TELEQRAF
Daha əvvəl korrupsiya cinayətlərində təqsirli bilinmiş və 6 il həbs cəzasına məhkum edilmiş Argentinanın keçmiş prezidenti Kristina Kirşner cəzasını çəkməyə başlamaq üçün beş gün ərzində məhkəməyə gəlməlidir.
Teleqraf xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.
TN-in məlumatında deyilir: “Kirşnerin məhkəməyə gəlməsi və cəzasını çəkməyə başlaması üçün beş gün vaxtı var”.
Bundan əvvəl məlum olub ki, Argentina Ali Məhkəməsi Kirşnerin hökmünü qüvvədə saxlayıb.
2022-ci ildə Kirchner korrupsiya işinə görə 6 il həbs cəzasına məhkum edilib.