Bakı. Trend:
Gələn həftə Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığıəlaqələndirən əsas institusional mexanizm olan hökumətlərarasıkomissiyanın iclasını keçirəcək.
Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikası iqtisadiyyatnazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalqİnvestisiya Forumu çərçivəsində "Azərbaycan - Özbəkistan: İqtisadiTərəfdaşlığın Vektoru" panel sessiyasında deyib.
E.Əliyev ölkələr arasında yüksək səviyyəli səfərlərin artıqənənə halını aldığını və bunun ikitərəfli münasibətlərindərinliyini əks etdirdiyini vurğulayıb.
O, ticarət dövriyyəsinin dinamikasından danışaraq, əhəmiyyətliartımı qeyd edib.
"Ticarət dövriyyəsi artıq qeyd olunub - demək olar ki, dörddəbir milyard dollar. Amma daha vacibi odur ki, bizim məlumatlaragörə, son dörd ayda bu məbləğ ötən ilin müvafiq dövrü iləmüqayisədə 3 dəfə artıb", - Əliyev bildirib.
O, həmçinin, bu prosesin dəstəklənməsində institusionalmexanizmlərin vacibliyini qeyd edib.
“Hökumətlərarası komissiya institutlarımız arasında əməkdaşlığıninkişafına töhfə verən çox mühüm alətdir”, - deyə o bildirib.
"Belə alətlərdən biri də kapitalı 500 milyon dollara yaxın olanbirgə investisiya fondudur. Fondun müşahidə şurası çərçivəsindəAzərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihəmüəyyən ediblər".
O əlavə edib ki, ikitərəfli əlaqələri daha da gücləndirmək üçünAzərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açmağıplanlaşdırır.
“Bu, Azərbaycanın dünyada sayca altıncı ticarət missiyası olacaqvə biz əminik ki, bu, iqtisadi əlaqələrimizin inkişafına yeni təkanverəcək”, - deyə Elnur Əliyev yekunlaşdırıb.