AZ

"Qarabağ" klubu dünya reytinqində irəliləyib

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə artırıb. Ölkə kubokunun qalibi 76 xalla 317-ci ola bilib.

"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü sırada idi.

Seçilən
27
16
report.az

10Mənbələr