AZ

“Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı hesabat brifinqi keçirilib (FOTO)

Bakı.Trend:

2025-ci il iyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icraedilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqkeçirib.

Trend xəbərverir ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “QərbiAzərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrədaha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzudabeynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarındaonlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.

Toplantıda qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində“Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film dəhazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycanəsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatınıedəcək.

“Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”,"Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin “Türk dünyasındaQərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanınmaddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digəraspektlərdən qiymətləndirilməsinə töhfə verəcək.

Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusundaAgentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinədair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə sonillər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşredib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin“İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-MənəviDəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixihəqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.

Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusutarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etniktəmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizəobyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdimolunub.

Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələriiştirakçılara təqdim olunub.

“Qərbi
“Qərbi
“Qərbi
“Qərbi
“Qərbi
Seçilən
45
20
az.trend.az

10Mənbələr