AZ

Ukrayna rusların Barıt zavodunu vurdu

İyunun 11-də pilotsuz təyyarələr gecə saatlarında Kotovskda (Rusiya) partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan Tambov Barıt Zavoduna hücum ediblər.

XəzərNews.az xəbər verir ki, məlumatı Rusiyanın “Astra” Teleqram kanalı yayıb.

Zavod Rusiyanın atıcı silahlar və artilleriya sursatları üçün barıt istehsal edən ən böyük istehsalçılarından biridir.

Kanal yerli sakinlər tərəfindən lentə alınan yanğının videosunu yayıb . Qeyd olunur ki, görüntülər zavodun yaxınlığındakı ərazidə çəkilib, buna sübut kimi əvvəllər yerli mediada barıt zavodunun fotolarında dəfələrlə görünən iki qırmızı-ağ boru var.





Xəbər 3 dəfə oxunub.
Seçilən
48
36
xezernews.az

10Mənbələr