Bakı. Trend:
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin əsasənyağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +23 dərəcəyədək, gündüz+27 dərəcədən +32 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadanaşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz45-50% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan olacağı,dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdəarabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz+31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.