AZ

"Qarabağ" PİS XƏBƏR aldı

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə geriləyib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

Birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.

Seçilən
35
16
sportinfo.az

10Mənbələr