AZ

Gəncə xəstəxanasında yanğın bu səbəbdən BAŞ VERİB – TƏBİB-dən AÇIQLAMA

Xəbər verildiyi kimi Gəncə şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 Saylı Xəstəxanasında oksigen balonu yanıb. Bu səbəbədən xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçülür. Həmçinin xəstəxananın reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 yalı xəstəxanaya köçürülür.

Hadisə ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 11.06.2025-ci il tarixində saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Gəncə xəstəxanasında oksigen balonu YANDI – Xəstələr təxliyə OLUNUR


“Qeyd edək ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir. Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb”.

Bizim.Media

Seçilən
32
6
bizim.media

9Mənbələr