AZ

Türkiyə İndoneziya 48 ədəd KAAN qırıcısı tədarük edəcək

Türkiyənin TUSAŞ şirkəti İndoneziya Hərbi Hava Qüvvələrinə 48 ədəd KAAN döyüş təyyarəsi ixrac edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, bunun bağlı Türkiyə və İndoneziya arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Türkiyədə istehsal olunacaq 48 ədəd KAAN qırıcısının istehsalında İndoneziyanın yerli imkanlarından da istifadə ediləcək.

Seçilən
43
1
poliqon.az

2Mənbələr