AZ

302 minlik plan yarımçıq qaldıİnnovasiya Agentliyinin tenderləri niyə ləğv olunub?

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 302 min manatlıq tenderi ləğv olunub.
AzPost xəbər verir ki, bu barədə qərar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

Məlumata görə, tender influenserlərlə əməkdaşlığı nəzərdə tuturdu. Lakin müsabiqədə iştirak üçün zəruri sənədləri təqdim edən və tələblərə cavab verən şirkətlərin sayı üçdən az olub. Bu səbəbdən satınalma proseduru dayandırılıb.

Tenderdə iştirak etmək üçün təklif və təklifin təminat sənədləri təqdim olunmalı, iştirakçılar müvafiq lisenziya və icazəyə malik olmalı idilər. Lakin bu tələbləri yerinə yetirən kifayət qədər təchizatçı olmadığı üçün Agentlik müsabiqəni davam etdirməkdən imtina edib.

Ləğv edilmiş satınalma prosedurunun ümumi məbləği 302 027 manat təşkil edib. Bu vəsaitlə Agentlik sosial şəbəkələrdə təbliğat işləri aparmağı, influenserlər vasitəsilə rəqəmsal layihələrin tanıdılmasını planlaşdırırdı.

Agentliyin 2025-ci ildəki tender fəaliyyəti necə olub?

AzPost -un apardığı araşdırmaya əsasən, 2025-ci ilin əvvəlindən bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilikdə 8 tender proseduru elan edib. Bu tenderlərdən yalnız 5-i uğurla başa çatıb və qalib şirkətlərlə müqavilələr imzalanıb. Digər 3 tender isə ya iştirakçı çatışmazlığı, ya da texniki uyğunluq problemləri səbəbindən ləğv edilib.

Uğurla yekunlaşan tenderlərin ümumi məbləği 2,2 milyon manatdan çoxdur. Qalib şirkətlər arasında “Golden Design Group” MMC, “Techno Solutions” MMC, “Baku Cloud Services” MMC və “CyberAZ Technologies” MMC kimi sahədə tanınan adlar yer alır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ildə keçirdiyi tenderlər

Tender adıMəbləğ (AZN)StatusQalib şirkət
1Influencerlərlə əməkdaşlıq302 027Ləğv olunub
2Mobil tətbiq platformasının yenilənməsi185 600Ləğv olunub
3Təlim platforması üzrə texniki dəstək96 000Ləğv olunub
4Rəqəmsal layihələrin brendinqi və dizaynı488 000Qalib seçildiGolden Design Group MMC
5IT infrastrukturu üçün proqram təminatı614 500Qalib seçildiTechno Solutions MMC
6Bulud texnologiyası üzrə texniki dəstək392 000Qalib seçildiBaku Cloud Services MMC
7Kibertəhlükəsizlik sistemi qurulması755 000Qalib seçildiCyberAZ Technologies MMC
8Rəqəmsal portalın kontent və texniki xidməti217 673Qalib seçildiNetinfo Studio MMC
Seçilən
64
1
azpost.info

2Mənbələr