AZ

Mövsümü allergiya astmaya səbəb ola bilərmi?

Bakı. Trend:

Mövsümü allergiya həm astmaya səbəb ola bilər, həm də allergikastma xəstələrinin şikayətlərini kəskinləşdirə bilər. Mövsümzamanı, daha çox yaz-yay fəsilində, ağac, gül-çiçək, tozcuqlarınıntəsirindən xəstələrdə allergik simptomlar kəskinləşə bilər,astmanın kliniki əlamətləri yarana bilər.

Trend xəbər verir ki, bufikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlıyayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununhəkim allerqoloqu Nihulya Şamiolova açıqlayıb.

Onun sözlərinə görə, mövsüm allergiyasına biz polen allergiyasıda deyirik:

“Bu daha çox yaz-yay fəsilində və payız fəslində rast gəlinir.Yaz aylarında ağacların çiçəklənməsi allergik xəstələrinsimptomlarını artırır. Buna görə də, atopik astma xəstələri mövsümöncəsi və mövsüm zamanı profilaktik tədbir görməlidirlər.

Mövsüm zamanı olan profilaktik tədbirlərə aiddir:
Küləkli havalarda çölə çıxmamalı, məcburən çıxarkən də uzunqolköynək geyinməli, eynəkdən istifadə etməli, evə gələrkən duşalmalı, və nazal speylərdən istifadə etməli, həmçinin evi küləklihavalarda havalandırmamalıdır. Yuyulmuş paltarları küləkli havadaqurutmamağı tövsiyə edirik. Bu zaman allergenlər paltarlara hoparaqallergik xəstəyə mənfi təsir göstərə bilər”.

Allerqoloq qeyd edib ki, bundan əlavə, polen allergiyası olanxəstələr, həmçinin yedikləri qidalara da nəzarət etməlidirlər:

“Çünki çarpaz allergik reaksiya baş verə bilər. Bu xəstələrdədaha çox meyvələrə və bala qarşı allergik reaksiya yarana bilər.Allergik reaksiya özünü övrə, allergik rinit, allergik konyuktivitvə astma kimi xəstəliklərlə göstərə bilər. Mövsüm öncəsiprofilaktik tədbir olaraq xəstədə məlum olan allergen ya tamamiləuzaqlaşdırılmalı, bu da mümkün deyilsə və kliniki simptomlar kəskindeyilsə, mövsüm öncəsi xəstəyə immunoterapiya məsləhət görülür.İmmunoterapiyanın müddəti 3-5 il davam edir və xəstə uzunmüddətliremissiya əldə etmiş olur. İmmunoterapiya ya dilaltı, ya dərialtıaparılır. Əgər bu da mümkün deyilsə, xəstəliyin simptomlarına uyğunmövsüm zamanı həkim tərəfindən müalicə təyin olunur”.

Məqalədə:
Seçilən
61
6
az.trend.az

7Mənbələr