AZ

Lənkəranda 8 yaşlı uşağı avtomobil vurdu

LƏNKƏRAN, 11 iyun. TELEQRAF

Lənkəran şəhərində qız uşağının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili 2017-ci il təvəllüdlü, Lənkəran sakini R.Ş.-ni vurub.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxananın aidiyyəti şöbəsində davam etdirilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr