Azərbaycan boksçusu Abbasqulu Şadlinski Şimali Makedoniyanın Kumanovo şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirin qalibi olub.
Bu barədə Moderator.az-a Boks Federasiyasından məlumat verilib.
75 kq çəki dərəcəsində yarışan Azərbaycan millisinin üzvü finalda serbiyalı rəqibinə qalib gəlib.