AZ

Tramp açıqladı: Çinlə razılığa gəldik

ABŞ prezidenti Donald Tramp Çinlə razılığa gəldiklərini açıqlayıb.

News24.az xəbər verir ki, Tramp “Truth Social” hesabından verdiyi açıqlamada, “Çin ilə razılaşmamız tamamlandı, bunu təsdiqləməyimiz yalnız prezident Si Jinping və mənim öhdəmə qalır” deyə yazıb.

Tramp Çinin lazımi qiymətli metalları təmin edəcəyini, ABŞ-ın isə Çinin tələblərini yerinə yetirəcəyini bildirib.

Razılaşmaya əsasən, ABŞ Çinə 55 faiz, Çin isə ABŞ-a 10 faiz gömrük rüsumu tətbiq edəcək.

Tramp Çinlə münasibətlərinin əla olduğunu bildirib.

Günel Məlikzadə

Seçilən
59
8
news24.az

9Mənbələr