AZ

Kəmalə Günəşlinin toy sahibinə atdığı bakal gənc oğlanın sifətinə dəyib - TƏFƏRRÜAT

BAKI, 11 iyun. TELEQRAF

Tanınmış müğənni Kəmalə Günəşlinin Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə dava etdiyi barədə məlumatlar yayılıb.

Mövzu ilə bağlı restoranın meneceri Elnur Eyvazov Teleqraf-ın əməkdaşının suallarını cavablandırıb.

O söyləyib ki, insident Kəmalə Günəşli ilə oğluna kiçik toy mərasimi təşkil edən Vəfa Mikayılova adlı xanım arasında yaşanıb.

"Hadisə bizim restoranda baş verib. Kiçik toy mərasiminə ifaçını Vəfa Mikayılovanın özü dəvət edib. Müğənninin restorana dəvətinin bizə aidiyyəti yoxdur, yəni, bizim vasitəçiliyimiz olmayıb.

Ötən gün təxminən saat 22:30-da mənə zəng etdilər ki, müğənni ilə Vəfa Mikayılova arasında mübahisə baş verib. Hadisə yerinə polis gəldi, o zaman hər iki tərəf sakitləşmişdi. Məclis sahibi müğənnini şikayət etdi",- deyə menecer bildirib.

Məsələ ilə bağlı müğənni Kəmalə Günəşli ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Belə ki, hadisə iyunun 10-da baş verib. Oğluna sünnət toyu keçirən V.Mikayılovanın 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Günəşlinin ifalarından razı qalmaması davaya səbəb olub.

Belə ki, toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüsseri ilə əlaqə saxlayaraq onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. V.Mikayılova qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi K.Günəşli şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları ifa etmədiyini deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.

Bundan sonra onların arasında münaqişə yaranıb. K.Günəşli mikrofonla məclis sahibi V.Mikayılova haqqında təhqiramiz ifadələr işlədərək onu digər məclis iştirakçılarının yanında alçaldıb. Həmçinin dava-dalaş fiziki zorakılıqla müşayət olunub. K.Günəşli masadakı içki bokalını götürərək, V.Mikaylovaya atıb. Bokal orada olan V.Mikayılovanın qohumunun sifətinə tuş gəlib və o, xəsarət alıb.

Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə K.Günəşlinin xuliqanlıq etdiyini və qonağa xəsarət yetirdiyini bildirib.

Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin olunub və araşdırmalar aparılır.

Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı Ajans.az saytı yayıb.

Seçilən
60
32
teleqraf.com

10Mənbələr