AZ

Cəlilabadda şadlıq evində güclü yanğın – Hadisə yerinə xüsusi texnika cəlb olunub

BAKI, 11 iyun. TELEÜQRAF

Bu gün axşam saatlarında Cəlilabad rayonunda yerləşən şadlıq evlərindən birində güclü yanğın olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğınsöndürən briqadalar hadisə yerinə çatdıqdan sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb və yanğının ətraf obyektlərə keçməsinin qarşısını almaq məqsədilə operativ müdaxilə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə əlavə qüvvələr də yönləndirilib.

İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Yanğının nə qədər sahəni əhatə etdiyi və dəymiş maddi ziyanın həcmi araşdırılır. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yanğının başvermə səbəbi hələlik məlum deyil.

Seçilən
67
10
teleqraf.com

10Mənbələr