AZ

Bu yol bağlanır - Körpü təmir olunacaqVİDEO

Bu gecədən etibarən Gəncənin şərq istiqamətdən girişindəki əsas magistral yolun bir hissəsi bağlanacaq. Səbəb bu yol üzərindəki körpünün təmirə bağlanmasıdır. Bəs təmir nə qədər davam edəcək?

Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar tətbiq olunan məhdudlaşma, işlər bitənədək qüvvədə olacaq.

Nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
14
xezerxeber.az

10Mənbələr