Demokrat.az xəbər verir ki, yarışda Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC, Xəzər Dəniz Gəmiçiliyi (ASCO), SOCAR, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında (Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsi) mübarizə aparan iştirakçılar 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində 200 metr məsafəyə mübarizə aparıblar.
Kişilər arasında birnəfərlik qayıqda Ehtibar Həsənov (SOCAR) birinci, Elxan Əsədov (FHN) ikinci, Özcan Kərimov (FHN) üçüncü yer tutub.
Qadınlar arasında birnəfərlik qayıqda Leyla Əliyeva (FHN) çempionluq sevinci yaşayıb. İlahə Çələbiyeva (GİN) gümüş, Mələkxanım Məmmədova (FHN) bürünc medala sahib olub.
Kişilərin ikinəfərlik qayıqda mübarizəsində Elşad Kərimov - Ehtibar Əsədov (SOCAR) cütü bütün rəqiblərini qabaqlayıb. Mikayıl Novruzov ilə Səid Məlikov (GİN) ikinci yerə layiq görülüb. Elxan Əsədov və Özcan Kərimov (FHN) yarışı üçüncü yerdə başa vurublar.
Qarışıq cütlüklərdə Rüfət Əhmədov ilə Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mixail Protasov və Janna Məmmədova (ASCO) ikinci olublar. Səid Məlikov – Rəna Əliyeva cütlüyü (GİN) üçüncü yer tutublar.
Qaliblər diplom və medalla mükafatlandırılıblar.



10Mənbələr
-
heftelik.az“Azərişıq” ASC-nin gənc mütəxəssisləri Qırğızıstanda 2 nominasiya üzrə qalib olublar – VİDEO ( 19045546)
-
modern.azSabiq nazir istefasından əvvəl vəfat edibmiş ( 19041442)
-
sia.az“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular ( 19039384)
-
viral.az“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular ( 19038877)
-
redaktor.az“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular - VİDEO ( 19038835)
-
qafqazinfo.az“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular - Video ( 19037731)
-
demokrat.az“Azərişıq”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular — VİDEO/FOTOLAR ( 19037686)
-
modern.az“Azərişıq” mütəxəssisləri Qırğızıstanda qalib oldular - GÖRÜNTÜLƏR ( 19038580)
-
qaynarinfo.azAzərişıq ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldu (FOTO/VİDEO) ( 19037629)
-
musavat.com“Azərişıq” ASC-nin gənc mütəxəssisləri Qırğızıstanda 2 nominasiya üzrə qalib olublar ( 19037383)