“Liverpul”un mərkəz müdafiəçisi Carel Kuanza karyerasını Almaniyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, “Bayer” 22 yaşlı futbolçunun transferi ilə ciddi maraqlanır və yaxın günlərdə rəsmi danışıqlara başlayacaq.
Leverkuzen təmsilçisi Carel Kuanza ilə Florián Virtsin mümkün “Liverpul”a keçidindən asılı olmayaraq, bu transferi ayrıca reallaşdırmağı planlaşdırır. İki futbolçunun taleləri arasında birbaşa əlaqə yoxdur.
“Liverpul” akademiyasının yetirməsi olan Kuanza üçün 47 milyon avro tələb edir. Transfermarkt portalı müdafiəçinin hazırkı bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Gənc müdafiəçi ötən mövsüm “Liverpul”un heyətində 25 oyuna çıxıb, lakin statistik göstəricilərdə məhsuldarlıqla seçilməyib. Onun “qırmızılar”la olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.