AZ

Tramp əleyhdarları iyunun 14-də ABŞ boyu etiraz aksiyaları keçirəcəklər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın əleyhdarları iyunun 14-də ölkəninmüxtəlif şəhər və qəsəbələrində genişmiqyaslı etiraz aksiyalarıkeçirməyə hazırlaşırlar.

Trend xəbər verirki, aksiyaların təşkilatçıları bu barədə məlumatı öz rəsmisaytlarında yayıblar. “No Kings” (“Krallara yox”) adlı kampaniyaçərçivəsində keçiriləcək tədbirlər ümummilli itaətsizlik günü kimitəqdim olunur.

“Avtoritarizmi rədd etmək və əsl demokratiyanın nə olduğunugöstərmək üçün böyük şəhərlərdən tutmuş kiçik qəsəbələrə, məhkəməbinalarından ictimai parklara qədər toplanacağıq”, – deyə bəyanatdavurğulanır.

Etiraz aksiyaları Trampın doğum günü, ABŞ Bayraq Günü və QuruQoşunlarının yaradılmasının 250 illiyi münasibətilə keçiriləcəkhərbi paradla eyni gündə baş tutacaq. Təşkilatçılar bu simvolikuyğunluğu xüsusi vurğulayaraq, aksiyaların məqsədinin həm ictimaişüurun oyadılması, həm də avtoritar meyllərə qarşı birlik nümayişetdirmək olduğunu bildiriblər.

Seçilən
51
50
az.trend.az

10Mənbələr