BAKI, 12 iyun. TELEQRAF
ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıblar.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin CBS televiziya kanalı məlumat yayıb.
Kanalın istinadən etdiyi mənbələrin sözlərinə görə, "ABŞ rəsmilərinə İsrailin İrana qarşı əməliyyata tam hazır olduğu barədə məlumat verilib".
"Vaşinqton İranın qonşu İraqda yerləşən müəyyən ABŞ obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir", - televiziya kanalının saytındakı dərc olunmuş məqalədə deyilir.
Kanalın məlumatına görə, Dövlət Departamentinin Bağdaddakı ABŞ səfirliyinin əməkdaşlarının bir qisminin ərəb ölkəsini tərk etməyi tapşırmasının səbəblərindən biri məhz budur.