AZ

Ötən gecə 52 Ukrayna PUA-sı vurulub

Ötən gecə Rusiya ərazisi üzərində 52 ədəd Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib və ya zərərsizləşdirilib.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya tərəfi bu hücumların qarşısının tam alındığını bildirir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Seçilən
19
6
busaat.az

7Mənbələr