BAKI, 12 iyun. TELEQRAF
Xalq artisti Alim Qasımov toy məclislərinin birində rep oxumasını tənqid edənlərə cavab verib.
Xalq artisti Teleqraf-a açıqlamasında yayılan görüntülərin peşəkar ifa olmadığını bildirib.
“Mən zarafat etmişəm. İnsanlar bunu necə qəbul edirsə, öz işlərdir, Allah canlarını sağ etsin. Camaat üç- dörd nəfərlə zarafat edir, mən isə toy mərasimində zarafat etdim. Bunu isə çəkib yayıblar. Təbii ki, peşəkar ifa deyil”,-deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Alim Qasımov toy mərasimlərinin birində səhnəyə çıxaraq "Bayaq burada ritm tuturdunuz...",-deyərək rep deyib. Həmin görüntülər isə sosial şəbəkələrdə tənqid edilib.