AZ

ABŞ-İran danışıqlarının yeni mərhələsinin tarixləri açıqlanıb

İyunun 15-də Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə faylı üzrə danışıqların altıncı raundu keçiriləcək.

Editor.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Bədr əl-Busaidi X sosial media şəbəkəsində məlumat verib.

“İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam”, – diplomat yazıb.

Aprelin 12-dən bəri ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 9-da bildirib ki, Tehran nüvə proqramı ilə bağlı təkliflərini Oman vasitəsilə Amerika tərəfinə təqdim edəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
59
1
editor.az

2Mənbələr