AZ

Dünyada qaçqınların sayı azalmağa başlayıb, məcburi köçkün sayı isə əhəmiyyətli artıb – BMT

Bakı. Trend:

2011-ci ildən bəri ilk dəfə olaraq planetdə qaçqınların sayıazalmağa başlasa da, ölkədaxili zorakılıq və münaqişələrlə əlaqədaryaşadıqları məskənləri tərk etməli olan məcburi köçkünlərin sayıartıb.

Trend xəbər verirki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yenihesabatında deyilir.

Ötən il, 2011-ci ildə Avropa və qonşu ölkələrə, o cümlədən,Türkiyəyə kütləvi qaçqın axına səbəb olmuş Suriya vətəndaşmüharibəsinin başlamasından bəri il dəfə olaraq qaçqın sayındaazalma qeydə alınıb. Hesabaat görə, 2023-cü illə müqayisədə ötən ilqaçqın sayının 559,3 min nəfərə qədər azalaraq ümumi sayın 36,8milyona çatdığı deyilir.

Bundan başqa, 2024-cü ildə BMT-nin Qaçqınlar üzrə AliKomissarlığı (QAK) 2002-ci ildən bəri ölkələrinə qayıdanqaçqınların rekord sayını — təxminən 1,6 milyon nəfəri qeydə alıb.Onların böyük əksəriyyəti, yəni 92%-i Suriya (512,7 min nəfər),Cənubi Sudan (404,7 min), Əfqanıstan (364,4 min) və Ukrayna (209,1min) vətəndaşlarıdır.

Eyni zamanda, dünyada məcburi köçkünlərin ümumi sayı 2023-cüillə müqayisədə 6% artaraq 2024-cü ilin sonuna rekord həddə — 123,2milyon nəfərə çatıb. Hesabatda qeyd olunur ki, Yer kürəsinin hər67-ci sakini bu kateqoriyaya daxildir. Ümumi sayın üçdə birindənçoxunu sudanlılar (14,3 milyon), suriyalılar (13,5 milyon),əfqanlar (10,3 milyon) və ukraynalılar (8,8 milyon) təşkiledir.

Məqalədə:
Seçilən
42
1
az.trend.az

2Mənbələr