AZ

Xırdalanda ev yanır

Abşeronda fərdi yaşayış evində yanğın baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Əraziyə operativ şəkildə müdaxilə olunur və alovun genişlənməsinin qarşısının alınması üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
26
7
apa.az

10Mənbələr