Bakı, 12 iyun, AZƏRTAC
Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, “News18” telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub. Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.
Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.
13.03
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ölkənin Əhmədabad şəhəri yaxınlığında baş verib.
Təyyarə yerli vaxtla saat 13:38-də havaya qalxıb və havaya qalxdıqdan 5 dəqiqə sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin qəzaya uğramasından sonra Əhmədabad hava limanı bağlanıb.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 200-dən çox sərnişin olub.