İyunun 12-nə keçən gecə rus işğalçıları kamikadze dronlarla Xarkova hücum ediblər. On bir vuruş və partlamayan bir “Şahed” qeydə alınıb. Bu barədə şəhər meri İqor Terexov məlumat verib.
Hücum 1:37-dən 3:08-dək davam edib. Yaşayış sahələri, təhsil müəssisələri, uşaq bağçaları, infrastruktur obyektləri atəşə tutulub. Onlarla avtomobilə ziyan dəyib, məktəblərin və evlərin şüşələri sındırılıb. Ən azı 12 yaralı, o cümlədən dörd uşaq qeydə alınıb.
Yanğın yaşayış binalarının və təhsil müəssisələrinin ərazilərində baş verib. Bəzi hallarda dağıntılar uşaq meydançalarının yanına düşüb. Zərbələrdən biri çoxmərtəbəli binanın lift şaxtasını, digəri isə qeyri-yaşayış binasının bir hissəsini və ictimai nəqliyyatın dayanacağını dağıdıb, – Terexov bildirib.
Xarkov OVA-nın rəhbəri Oleq Sinegubov bildirib ki, yaralananlar arasında iki yaşlı oğlan, 12 yaşlı qız, 16 və 17 yaşlı qızlar da var.
//Samir Qurbanov, Editor.az