Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilir ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya naziri K.Rammohan Naidu ilə hadisənin təfərrüatlarını müzakirə edib. Nazirin özü təyyarə qəzasının baş verdiyi əraziyə gedib.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.
***
Hindistanın qərbində yerləşən Əhmədabad hava limanı yaxınlığındakı yaşayış massivində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisə şahidlərinin sosial şəbəkələrdə yayımlanan videolarında təyyarənin əhalinin sıx məskunlaşdığı bir şəhər ərazisində qəzaya uğradığı görünür.
Qəza yerindən qara tüstü qalxır.
Təyyarənin göyərtəsində 240 nəfərin olduğu bildirilir. Sərnişin və ekipajın taleyi barədə məlumat yoxdur.
İlkin məlumata görə, təyyarə Londona uçurmuş və asfaltda adi əməliyyatlar zamanı qəzaya uğrayıb.