AZ

Air India sərnişin təyyarəsi Əhmədabadda qəzaya uğrayıb

Hindistanın qərbində, Qucarat ştatında, Əhmədabad hava limanı yaxınlığında Air India sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Vətəninfo.az xəbər verir ki ,  təyyarənin göyərtəsində 242 nəfər olub.

“The Times of India” qəzaya uğrayan təyyarənin “Boeing 787 Dreamliner” olduğunu aydınlaşdırır.“Air India” aviaşirkəti açıqlama yayaraq, təyyarənin Əhmədabaddan Londonun Gatwick hava limanına uçduğunu qeyd edib. ANI xəbər agentliyinin məlumatına görə, təyyarə hava limanından kənarda şəhər ərazisinə düşüb.Hələlik başqa təfərrüatlar açıqlanmayıb.

Seçilən
43
29
veteninfo.az

10Mənbələr