AZ

İstəmirəm adım başqa kişi ilə hallansın

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Şəbnəm Tapdıq Xalq artisti Sərxan Sərxanla eşq yaşaması idialarına son qoyub. 

Axşam.az xəbər verir ki, bu haqda müğənni "İncə səhər" proqramında danışıb. O bildirib ki, onun adına yalandan söz çıxarırlar:

"Bu məsələyə aydınlıq gətirmək istəyirəm. Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm. Mən və eyni vaxtda bir müğənnimiz (Sərxan Sərxanı nəzərdə tutur - red.) "Gecikmiş məhəbbətim" mahnısını oxuyurdu. İnsanlar bu mahnı ilə məni səhv salırdılar. Yaxşı müğənnidir, dostumuzdur, hörmətim var. Amma ömrümdə biz onunla bir-birimizi sevməmişik, oturmamışıq, durmamışıq. O vaxt bizi yaraşdırıblar. Adıma niyə söz gəlməlidir ki? Biri deyir mən onu, başqası deyir o məni sevib. Bütün sənət adamlarına hörmətimiz var. Amma xahiş edirəm, təmiz adımın üstünə söz gətirməyin. Hansı proqrama baxıram deyirlər ki, kaş evlənəydilər. İstəmirəm adım başqa kişi ilə hallansın".

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
4
axsam.az

5Mənbələr